Prezidenti İlham Əliyev beynəlxalq birliyi Azərbaycanın işğal olunan ərazilərindən erməni qoşunlarını çıxarmaq üçün İrəvan barəsində ciddi tədbirlərin görülməsinə çağırıb.
“Ermənistan sülh istımir. Onlar ATƏT-in Minsk qrupuna üzv-ölkələrin başçılarının bəyanatlarına məhəkl qoymayaraq status-kvonu saxlamağa çaklışırlar. Həmin dövlət lidrləri isə status-kvonun qəbuiledilməz olduğunu bəyan edirlər”, - deyə İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra mətbuata bəyanatda deyib.
Onun sözlərinə görə, BMT Təhklükəsizlik Şurasının işğal edilən ərazilərin şərtsiz azad olunmasına dair dörd qətnamə qəbul etməsinə baxmayaraq, həmin sənədlər yalnız kağız üzrəində qalır. “Əfsuslar olsun ki, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşklatı, Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan münaqişəsinə dair müvafiq qətnamələr qəbul ediblər, lakin onlara əməl olunmur”, - deyə İ.Əliyev vurğulayıb.
O Qarabağa dair status-kvonun qəbulediməz olduöunu bəyan edib. “Bu qəbuledilməzdir. Beynəlxalq birlik Ermənistanı Azərbaycanın işğal olunan ərazilərini azad etməyə məcbur etmək məqsədilə ciddi tədbirlər görməlidir”, - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır.
“Heç bir dövlət, həmçinin Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır”, - deyə İ.Əliyev bəyan edib. **
R.Babayev