Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 25-nə manatın dollara qarşı rəsmi məzənnəsini oktyabrın 24-də qeydə alınmış 1,6151 manat/$1 səviyyəsinə qarşı 1,6211 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,3715% ucuzlaşıb.
Oktyabrın 25-nə manatın avroya nisbətən rəsmi məzənnəsi oktyabrın 24-də qeydə alınmış 1,7549 manat/1EUR səviyyəsinə qarşı 1,7638 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,5071% ucuzlaşıb.
AMB oktyabrın 25-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini oktyabrın 24-nə olan 0,0258 manat/1RUR səviyyəsinə qarşı 0,0261 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 1,1628% ucuzlaşıb.*
A.Əzizov