Azərbaycan sərhədçiləri 3 mln.-dan artıq rus rublunun qanunsuz ölkədən çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
“Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Ağstafa rayonunun Zəlimxan kənd sakini Kamal Mamazadənin idarə etdiyi “Mercedes” markalı avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3219600 rus rublu Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb”, - deyə məlumatda deyilir. **
R.Babayev