2016-cı ilin yanvar-sentyabr aylarında uzunluğu 274,6 km olan 13 kəndlərarası avtomobil yolunun və Bakı şəhərində uzunluğu 16,4 km olan3 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılıb. Bu barədə “Azəravtoyol” ASC-nin məlumatında deyilir.
"Cari ilin yanvar-sentyabr aylarında 26 rayon və şəhər ərazisində uzunluğu 708,8 km olan 29 avtomobil yolunun tikintisi və 2 körpünün bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 87,3 km olan 12 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması işləri davam etdirilib”, - deyə məlumatda bildirilir.
Ümumilikdə isə respublikanın bütün şəhər və rayonları ərazisində84 kəndlərarası avtomobil yolunun tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.Tikiləcək və yenidən qurulacaq kəndlərarası avtomobil yollarının ümumi uzunluğu 2101,2 km təşkil edir. Onlardan 1149,7 km-i yeni kəndlərarası avtomobil yollarıdır.
"Bu layihələrin həyata keçirilməsi 1,6 mln. əhalinin yaşadığı859 yaşayış məntəqəsini əhatə edəcək", - deyə məlumatda qeyd olunur.*
A.Əzizov