Bakı və Zaqreb strateji tərəfdaşlığın istiqamətlərini müəyyən ediblər. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfərinin yekunlarını müsbət kimi qiymətləndirirəm. Biz iqtisadi əlaqələrə böyük önəm veririk. Biz daha strateji tərəfdaşlıq münasibətlərimizi qeyd etdik, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdik”, deyə İ.Əliyev Azərbaycan və Xorvatiya prezidentlərinin iştirakı ilə biznes forumun yekunlarına dair bildirib.
Prezidentin sözlərinə görə, iki ölkənin işgüzar dairələri Azərbaycan və Xorvatiya arasında əməkdaşlığı genişləndirməlidirlər. “İxrac-idxal əməliyyatlarımızı genişləndirməliyik”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, iki ölkənin işgüzar dairələri əlverişli investisiya imkanlarından yararlanmalıdırlar.
İ.Əliyev əlavə edib ki, iqtisadi münasibətlərin şaxələndirilməsinin zamanı gəlib.
Öz növbəsində, Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya İKT, turizm, ASK, yeyinti məhsullarının emalı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
“Biz həmçinin iqtisadi əməkdaşlıq üzrə Höökumətlərarası Komissiyanın fəaliyyətinə təkan verməliyik, birinci iclasın keçiriləcəyi tarixini müəyyən etməliyik. Bundan başqa, Xorvatiyanın Ticarət Nümayəndəliyinin Azərbaycanda fəaliyyətində maraqlıyıq. Bakıdakı səfirliyimiz də daha fəal çalışmalıdır”, - deyə o vurğulayıb. **
F.İsazadə