Prezident İlham Əliyev dünya bazarlarında neftinin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar minimum itkilərə ümid edir.
“Neftinin qiymətinin kəskin ucuzlaşması ilə bağlı gəlirlərimiz azalıb. Cari ilin büdcəsində neft bir barreli $25 səviyyəsində götürülüb. Bu gün isə neftin qiyməti bu göstəricidən iki dəfə çoxdur. Düşünürəm ki, yaranan vəziyyətdən minimum itkilərlə çıxacağıq”, - deyə İ.Əliyev Azərbaycan-Xorvatiya biznes-forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən şaxələndirilmə siyasəti sayəsində ÜDM-də neft sektorunun xüsusi çəkisi 33%-dək azalıb.
Prezident əlavə edib ki, Azərbaycan kifayət qədər yüksək həcmdə valyuta ehtiyatlarına malikdir. “Bu bizə neftin qiymətinin kəskin azalması şəraitində manevr etməyə imkan yaratdı”, - deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan ixracın şaxələndirilməsini təmin etməyə çalışır. “Biz rəqabətədavamlı qeyri-neft məhsulları ilə Avropa bazarlarına çıxmaq istərdik”, - deyə İ.Əliyev bəyan edib. **
R.Babayev