Prezident İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamillə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Diplomat etimadnaməsini prezidentə təqdim edib.
İ.Əliyev Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın Cibuti ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Cibuti səfirliyinin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün müzakirələr aparacağına ümidvar olduğunu bildirib.*
R.Babayev