Elektron xidmətlərin tətbiqi ilə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95%-ə çatdırılıb. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bəyan edib.
“Eyni zamanda statistik məlumatların işlənilməsi və təhlili imkanları yüksəlib”, - deyə o Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə istifadələrin sayı “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti üzrə 10%, “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi” və “Statistik məlumatların verilməsi” elektron xidmətləri üzrə də müvafiq olaraq 46% və 32% artb. **
A.Axundov