Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən “Günay Sığorta” ASC və “Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verilib. Bu barədə Palatadan məlumat verilib.
“Günay Sığorta” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, “Qala Sığorta” tərəfindən isə “Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilib. Hər iki sığortaçı tərəfindən Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilib və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilib.
Beləliklə, hazırda “Qala Sığorta” dörd sığorta növü üzrə xidmət göstərəcək.
Hər iki şirkət İcbari Sığorta Bürosunun üzvüdür. **
A.Axundov