Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialının əməkdaşları Moldovanın Azərbaycandakı səfirliyində bu ölkədə keçirilən prezident seçkilərini müşahidə edəcəklər.
“30 oktyabr 2016-cı il Prezident seçkilərinin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə Moldova Respublikasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmiş MDB PAA DİMBİ Bakı filialının əməkdaşları 30 oktyabr 2016-cı ildə Moldovanın Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində olacaq və səsvermənin gedişini müşahidə edəcəklər”, - deyə MDB PAA DİMBİ-nin məlumatında deyilir. **
F.İsazadə