Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə Bakıda Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıldı. Nazir Elmar Məmmədyarov həmsöhbətə münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi”, - deyə məlumatda deyilir.
Görüş əsnasında Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına fikir mübadiləsi aparıldı. **
F.İsazadə