Azərbaycan Silahlı Qüvvələri ermənilərin təxribatının qarşısını alıb.
“Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. “Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib”, - deyə məlumatda qeyd olunur.
Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.*
R.Babayev