2017-ci ilin birinci yarısında Azərbaycanda Startap Portalı (www.startup.az) istifadəyə veriləcək. Bu barədə portalın təşkilat komitəsindən bildiriblər.
“Yeni yaradılacaq portal startap ekosistemi üçün zəruri olan məlumatları özündə əks etdiriəcək. Startup.az Azərbaycanda startap ekosisteminin davamlı inkişafını dəstəkləyən, bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl qurumların Tərəfdaşı statusunda fəaliyyət göstərəcək. Qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlarlar və startaplar arasında Startup.az bir “körpü” olmağı nəzərdə tutur.Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək”, - deyə məlumatda deyilir.
Portal Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə yaradılacaq.
Portalın yaradılması Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramına uyğundur.
“Yeniliklərdən biri də startaplara qoşulmaq istəyən mütəxəssislərin bazasının (“Startapda iş”) yaradılmasıdır. Hər bir mütəxəssis, proqramçı, marketoloq və digərləri peşəsindən asılı olmayaraq öz profilini yarada biləcək. “İnvestor” bölməsində vençur fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi investor (biznes-mələklər), investisiya şirkətləri öz profillərini yarada biləcək. Biznesdə ilk addımlarını atan startaplar onlara zəruri olan servislər haqqında məlumatları daha rahat formada əldə edəcəklər”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov