Bağlanmış 10 bankın əmanətçiləri ümumilikdə 623,736 mln. manatdan çox kompensasiya alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
"Texnikabank"ın əmanətçilərinə 119,978 mln. manat, “Bank of Azerbaijan”ın əmanətçilərinə 24,117 mln. manat, “Gəncəbank”ın əmanətçilərinə 969 min manatdan çox vəsait ödənilib.
Bundan başqa, “Zaminbank”ın əmanətçiləri 51,026 mln. manat, “Parabank”ın əmanətçiləri 34,582 mln. manat, “Kredobank”ın əmanətçiləri 26,136 mln. manat, “Dekabank”ın əmanətçiləri 2,858 mln. manatdan çox kompensasiya alıblar.
“Atrabank”ın əmanətçilərinə 14,14 mln. manat, "Qafqaz İnkişaf Bankı”nın əmanətçilərinə 1,876 mln. manat kompensasiya ödənilib.
“Bank Standard”ın əmanətçilərinə isə 348,048 mln. manatdan çox kompensasiya verilib.*
A.Axundov