Avropa İttifaqı Azərbaycanda 7-ci Avropa film festivalı təşkil edir. Bu barədə Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard məlumat verib.
“Noyabrın 3-dən 12-dək “Park Cinema” kinoteatrında 7-ci Avropa film festivalı keçiriləcək. Festivalda müxtəlif janrlı 19 Avropa filmi nümayiş olunacaq. Bu filmlər Avropa mədəniyyətini müxtəlif rakurslardan göstərəcək”, - deyə M.Mard cümə axşamı festivala həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, festival çərçivəsində Avropa filmləri ilə bərabər Azərbaycan filmi də nümayiş olunacaq.
“2015-2016-cı illərin filmləridir. Orijinal dillərində ingiliscə alt yazılarla nümayiş olunacaq. Bundan başqa, bir Azərbaycan filmi də nümayiş olunacaq. Filmləri izləmək pulsuzdur”, - deyə diplomat qeyd edib.
“Park Cinema”nın direktoru Namiq Quliyev öz növbəsində bildirib ki, festival çərçivəsində noyabrın 12-də “Azərbaycanfilm” studiyası tərəfindən hazırlanmış“Qırımızı bağ” filmi nümayiş olunacaq. **
F.İsazadə