Yanvar-sentyabr aylarında Azərbaycanda İİV-infeksiyasından 43 nəfər dünyasını dəyişib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“2016-cı ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 təşkil edib. Onlardan 365-i (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Qeydiyyata alınmış 365 nəfər Azərbaycan vətəndaşından 232 nəfəri (63,6%) kişi, 133 nəfəri (36,4%) qadındır.
“Bu dövr ərzində İİV-infeksiyasına yoluxmuş 118 nəfər Azərbaycan vətəndaşı QİÇS daşıyıcısı olub”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev