Azərbaycan və Cənubi Sudan enerji, ticarət, səhiyyə sahələrində əməkdaşlıq üçün perspektivlərə malikdir. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
Cümə axşamı İ.Əliyev Cənubi Sudan Respublikasının yeni təyin olunmuş səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.
Azərbaycanın Cənubi Sudanla əlaqələrinin başlanğıc mərhələdə olduğunu deyən dövlət başçısı ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün imkanların olduğunu deyib.
İ.Əliyev bu istiqamətdə imkanların araşdırılmasının önəmini qeyd etdi. **
A.Əzizov