Qananın Azərbaycanda yeni təyin olunmuş səfiri Kodzo Kpoku Alabo iki ölkə arasında siyasi məsləhətləşmələr haqqında sazişin imzalanmasının vacibliyini qeyd edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İlham Əliyev bu gün Qananın Azərbaycanda yeni təyin olunmuş səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.
Səfir prezidentlə görüşdə diplomatik və xidməti pasport sahiblərinin viza rejimindən azad olunması üzərində iş aparılmasının vacibliyini qeyd edib.
Görüşdə ölkələri arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji və idman sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. **
R.Babayev