Cümə axşamı valyuta hərracında manat dollara qarşı ucuzlaşmaqda davam edir. Bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
“27 oktyabr tarixində Dövlət Neft Fondunun iştirakı ilə növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1,6291 manat/$1 məzənnəsi ilə başlayıb və 1,6361 manat/$1 məzənnəsi ilə yekunlaşıb”, - deyə AMB-nin məlumatında deyilir. **
A.Əzizov