Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Pro Kredit” bank olmayan kredit təşkilatının (BOKT) $300 min məbləğində istiqrazının emissiya prospektini qeydiyyata alıb. Bu barədə MBNP-nin məlumatında deyilir.
Emissiya hər birinin nominal dəyəri $1 min olan 300 ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlilik 8% təşkil edir.
İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.
«Pro Kredit BOKT» ASC 2014-cü ildə yaradılıb. Təşkilatın nizamnamə kapitalı 300 min manata bərabərdir.*
A.Axundov