2016-cı ilin yanvar-avqust aylarında Azərbaycana ümumi məbləği $3 mln. 651,9 min olan avtobus idxal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövrü ərzində respublikaya ümumilikdə 54 ədəd avtobus (azalma 12,7 dəfə) gətirilib.
Bundan başqa, yanvar-avqust aylarında Azərbaycana $6 mln. 778,4 min dəyərində (azalma 3,1 dəfə) 342 ədəd yük avtomobili (azalma 4,2 dəfə) idxal edilib.
2016-cı ilin yanvar-avqust aylarında ölkəyə 2,981 min ədəd minik avtomobili gətirilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 84,6% azdır.*
A.Axundov