Nazirlər Kabineti Altıağac Milli Parkının sanitariya-mühafizə zonasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Altıağac Milli Parkının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 2 min 87,18 hektarlıq sahədə təsdiq edilib”, - deyə məlumatda qeyd olunur.
Altıağac Milli Parkı Azərbaycan prezidentinin 31 avqust 2004-cü il tarixli sərəncamı ilə yaradılıb.*
F.İsazadə