Azərbaycan Fövqəladə Hallar Nazirliyi Hindistanda keçiriləcək Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında təmsil olunacaq. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bəyan edib.
K.Heydərov bu gün Hindistanın səfiri Sanjay Rana ilə görüşüb.
“Nazirliyin nümayəndə heyəti noyabr ayında Hindistanda keçiriləcək Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edəcək. Bu mühüm tədbir həm də hər iki ölkənin uyğun qurumları arasında əməkdaşlığa yeni töhfə olacaq”, - deyə məlumatda deyilir.
K.Heydərov qonağa ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib.
Öz növbəsində, səfir S.Rana əlavə edib ki, Hindistanın müvafiq qurumları ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri var. **
F.İsazadə