7 noyabr tarixində Bakıda Azərbaycan-Monako Biznes Forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Forumda qida sənayesi, ticarət, səhiyyə, turizm, logistika, nəqliyyat, bankçılıq, maliyyə, mebel sənayesi, İKT, sığorta, konsaltinq, bərpa olunan enerji, tədris, dekor istehsalı, saat istehsalı, daşınmaz əmlak sahələrində fəaliyyət göstərən Monako şirkətlərinin iştirakı gözlənilir”, - deyə məlumatda deyilir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb. **
A.Axundov