İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Gürcüstana yola düşüb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
"Ş.Mustafayev oktyabrın 27-28-də Gürcüstana səfəri çərçivəsində bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək”, - deyə məlumatda qeyd olunur.
Səfərdə məqsəd Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsidir.
2016-cı ilin yanvar-iyun aylarında iki ölkə arasında qarşılıqlı mal dövriyyəsi $188,61 mln. təşkil edib.*
F.İsazadə