Türkiyənin baş naziri Binəli Yıldırım 15 iyul tarixində Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan moizəçi Fətullah Gülənin təşkilatı ilə mübarizədə rəsmi Bakının mövqeyini alqışlayıb.
“Qardaş Azərbaycan Gülənin hərəkatı təhlükəsinin aradan qaldırılması məsələsində operativlik və həssas yanaşma nümayioş etdirdi. Əminəm ki, digər türk dövlətləri də bu məsələdə Azərbaycanın nümunəsindən yararlanacaq”, - deyə B.Yıldırım jurnalistlərə bildirib. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, FETÖ nəinki Türkiyə, həm də bütün dünya üçün təhlükədir. “Gülənin tərəfdarlarının fəaliyyət göstərdiyi heç bir dövlət təhlükəsiz hesab oluna bilməz”, - deyə baş nazir vurğulayıb.
B.Yıldırım əlavə edib ki, Türkiyə Güləınin strukturunun tam məhv olunmasına dair Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir. **
R.Babayev