288-29 noyabr tarixlərində Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan lideri İlham Əliyevlə görüşməyi planlaşdırır. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
“28-29 noyabr tarixlərində dostumla görüşməyə dair razılığa gəldik. Tarixi dəyişmirik, görüşü təxirə salmırıq”, - deyə A.Lukaşenko cümə günü Minskdə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə bildirib.
Onun sözlərinə görə, bugünkü görüş yüksək səviyyədə keçiriləcək danışıqlara hazırlıq mərhələsidir.
“Ciddi müzakirə edəcəyimiz bir sıra problemlər var”, - deyə dövlət başçısı dəqiqləşdirib.
Görüşün əvvəlində Y.Eyyubova müraciət edərək prezident Azərbaycan hökumətini keçirilən referendumun uğurlu nəticələri ilə təbrik edib. “Bu nəticələr mürəkkəb zamanda Azərbaycan xalqının hakimiyyətə inamının ən bariz nümunəsidir. Bu böyük qələbədir. Boş söhbətlər dərhal bitdi, ölkənizim nüfuzu mühüm dərəcədə yüksəldi”, - deyə prezident vurğulayıb.
Öz növbəsində Y.Eyyubov bildirib ki, “Belarus və Aleksandr Lukaşenko Azətrbaycan və xalqımız üçün ən yaxın və doğmadır. Əslində, ölkəmiz üçün belə mürəkkəb dövrdə Belarus Azərbaycanı dəstəkləyib”, - deyə o bildirib. **