“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Çin Dəmir Yolları”nın rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
ADY-nin məlumatında deyilir ki, Çin şirkətinin rəhbərliyi Azərbayacan ərazisindən keçməklə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan geniş istifadə edliməsindən maraqlı olduqlarını nəzərə çatdırıb.
C.Qurbanov qeyd edib ki, Bakı-Tbilisi-Qars və Azərbaycan-İran dəmir yollarından rahatlıqla istifadə edərək, qısa zamanda Türkiyə, Avropa və İranla idxal-ixrac əməliyyatlarını həyata keirmək imkanı əldə edəcək.
Onun sözlərinə görə, Azərbaycan Cindən daşınan yüklərin Gürcüstan, Qara Dəniz hövzəsində yerləşən limanlara, həmçinin Cənubi Rusiya və İran istiqamətində paylaşdirılmasını həyata keçırmək istiqamətində bir hub rolunu oynamağa imkan yaradır.
Görüşdə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin sayı artacagı təqdirdə, Xəzər dənizində baş verəcek gecikmələrin garşısını almaq üçün, Qazaxstan-Rusiya-Azərbaycan dəmir yolu marşrutunundan istifadə etmək arzusunda olduqlarını bildiriblər. Qeyd olunub ki, bu yolla, artıq yüklər, Azərbaycandan İrana və Türkiyəyə daşına bilər.
“Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və iş birliyi zamanı yaranacaq bütün məsələlərin operativ həlli üçün işçi qrupunun yaradılmasına dair razılığa gəliblər”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov