Azərbaycan Belarusa 2019-cu ildə Minskdə II Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar maddi yardım göstərməyəcək. Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.
"Biz Belarusa maddi yardım etməyəcəyik. Bu söhbətlərin haradan qaynaqlandığını bilmirəm. Biz Belarusa yalnız təşkilati yardım göstərə bilərik,bizim mütəxəssislərimiz var”, - deyə vitse-prezident qeyd edib.
Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə tərəflər təşkilati yardım məsələsini müzakirə ediblər.
Ç.Hüseynzadə Azərbaycanda Avropa Olimpiya Festivalının təşkili məsələsinə də aydınlıq gətirib. "Belarusda Azərbaycanın Avropa Festivalını keçirməsinin mümkün olacağını söylədim. Lakin biz bu məsələ ilə bağlı hələ qərar qəbul etməmişik", - deyə o əlavə edib.
I Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçirilib.*
F.İsazadə