Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul edilib. Bu dəyişikliklərə əsasən, ölkədə dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.
Bundan başqa, ölkədə dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumlar ləğv ediləcək.
«Azərbaycanda qanunsuz dini fəaliyyətlə məşğul olan, müxtəlif dini cərəyanları təbliğ edən və dövlət qeydiyyatından keçməyən təşkilatlar fəaliyyət göstərir. Belə qurumların fəaliyyətinə nəzarəti gücləndirmək vacibdir», - deyə parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib.
Bundan başqa, iclasda “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər qəbul edilib. Bu dəyişikliklərə görə,dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək.*
R.Babayev