“PAŞA Həyat Sığorta” cari ilin yekunları üzrə sığorta haqlarının yığmını 70 mln. manata yaxın olacağını planlaşdırır. Bu barədə şirkətin idarə heyətinin sədrinin birinci müavini Niyaz İsmayılov bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 2015-ci ildə “PAŞA Həyat Sığorta”nın sığorta haqqı yığımı 54 mln. 526 min manat təşkil edib.
“Yanvar-sentyabr aylarında şirkətin sığorta haqları 61,8 mln. manat olub, bu da ötən ilin analoji dövrünün göstəricisindən 45% çoxdur. İlin yekunları üzrə haqların 70 mln. manata yaxın olacağını gözləyirik”, - deyə N.İsmayılov bildirib.
Onun sözlərinə görə, 9 ay ərzində haqların 21%-i icbari sığorta növünün payına düşüb.
“Hazırda həyat sığortası bazarında şirkətin payı 53% təşkil edir”, - deyə N.İsmayılov bəyan edeib.
O vurğulayıb ki, yanvar-sentyabr aylarında şirkətin ödənişləri 25,6 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,41 dəfə çoxdur.
N.İsmayılovun sözlərinə görə, 1 oktyabr tarixinə şirkətin aktivləri 169,5 mln. manat olub, bu da ilin əvvəlinə olan göstəricidən 17% çoxdur.
Yanvar-sentyabr aylarında şirkətin sığorta ehtiyatları 19% - 107,4 mln. manatadək artıb. **
A.Axundov