Oktyabrın 27-də Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 12 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 86 cinayət faktı qeydə alınıb, onların 26-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 70 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev