“PAŞA Həyat Sığorta” 2016-cı ilin yekunları üzrə investisiya gəlirlərinin artımını proqnozlaşdırır. Bu barədə şirkətin idarə heyətinin sədr müavini Niyaz İsmayılov bu gün jurnalistlərə bəyan edib.
“Yanvar-sentyabr aylarında şirkətin investisiya gəlirləri 8,7 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 36% çoxdur. İlin yekunları üzrə investisiya gəlirlərinin 10-11 mln. manat səiyyəsində olacağını gözləyirik”, - deyə N.İsmayılov qeyd edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə şirkətin investisiya gəlirləri 9,2 mln. manat təşkil edib.
“2016-cı ilin 9 ayı ərzində şirkətin investisiya portfeli 129 mln. manat təşkil edib, bu da ilin əvvəlinə olan göstəricidən 17%, ötən ilin göstəricisindən isə 24% çoxdur. Portfelimizin böyük hissəsi bank depozitləri, digər hissəsi isə istiqrazala yerləşdirilib”, - deyə N.İsmayılov vurğulayıb.
O qeyd edib ki, şirkətin bağlanan 10 bankda depozitləri yoxdur. N.İsmayılov həmçinin bildirib ki, şirkət SOCAR-ın dollar istiqrazlarının bir həcmini əldə edib.
“Hazırda 10 mln. manat həcmində istiqraz portfelinə malikik. Daha 10 mln. manat məbləğində istiqraz almağı planlaşdırırıq. Xüsusilə Maliyyə Nazirliyinin istiqrazlarını fəal alacağıq”, - deyə N.İsmayılov vurğulayıb. **
A.Axundov