Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Kanadanın sahibkarlarını respublikada fəaliyyətin təşkilinə çağırıb.
M.Musayev Kanadanın yeni səfiri Kristofer Con Kuterilə görüş zamanı bu ölkənin vətəndaşlarını Azərbaycana turist gəzintisinə dəvət edib.
Görüşdə iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.
“M.Musayev bundan sonra iki ölkə arasında aqrar sektorun inkişafı istiqamətində səmərəli əməkdaşlıq qurulacağına ümid etdiyini bildirdi”, - deyə məlumatda deyilir.
O həmçinin ölkəmizdə aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq, tütün, fındıq və s. kimi kənd təsərrüfatı məhsullarınınixrac qabiliyyətli olduğu qeyd edib.
Səfir ölkələr arasında iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətli olacağını vurğuladı. **
F.İsazadə