Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)İsveçrə Maliyyə Bazarlarına Nəzarət Orqanı (FİNMA) ilə əməkdaşlıq qurmaq niyyətindədir. Bu barədə Palatadan məlumat verilib.
“Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə işgüzar səfərdədir. R.Aslanlı FİNMA-nın rəhbərliyi ilə görüş zamanı mövcud əlaqələrin daha da genişləndirilməsi üçün hər iki qurumun böyük potensiala malik olduğunu bildirib”, - deyə məlumatda deyilir.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərliyi və yüksək səviyyəli rəsmiləri ilə görüş keçirilib. “Görüşdə texniki yardım imkanları, müxtəlif layihələr, o cümlədən uğurla reallaşdırılmış Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi (CMMP) müzakirə edilib”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov