Azərbaycan Mərkəzi Bankı (AMB) bazar ertəsi növbəti depozit hərracında 107,1 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank oktyabrın 31-də keçirdiyi hərracda 50 mln. manat cəlb etməyi planlaşdırsa da, tələb 107,1 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 14,5% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-oktyabr aylarında keçirilmiş 18 hərracda bank 1 ay müddətinə 870,6 mln. manat cəlb edib.*
A.Əzizov