İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günləri 153 cinayət faktı qeydə alınıb, onların 50-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 85 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 18 müəyyən edilib.*
R.Babayev