“VTB Bank (Azerbaijan)” ASC Bakıda filial şəbəkəsini genişləndirir. Bu barədə bankdan məlumat verilib.
“Bakıda “VTB Bank (Azerbaijan)”ın yeni ofisi – “Gənclik” filialı işə başlayıb. Yeni ofis müştərilər üçün əlverişli yerdə - Atatürk prospekti 2 ünvanında, “Gənclik” metro stansiyası yaxınlığında, “Gənclik Moll” iri ticarət mərkəzi ilə üzbəüz yerləşir”, - deyə məlumatda deyilir.
Bu, bankın 16-cı, Bakıda isə 15-ci filialıdır.
Bankın yeni bölməsində müştərilərə geniş çeşiddə və keyfiyyətli bank məhsulları və xidmətlər təklif olunacaq. Fiziki və hüquqi şəxslər depozit hesabların açılması, hesablaşma-kassa xidmətləri, valyuta mübadiləsi, kommunal xidmətlər üzrə ödəniş, pul vəsaitlərinin göndərilməsi və alınması, plastik kartların sifarişi, internet bankinqə qoşulma kimi xidmətlərdən istifadə edə bilər.
“Biz, bankın filial şəbəkəsinin optimallaşdırılması üzrə işləri davam etdiririk. Əsas məqsədimiz müştərilərə yaxın olmaq, onlara keyfiyyətli maliyyə xidmətləri göstərmək və maksimal şəkildə komfortlu şərait yaratmaqdır”- deyə, bankın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib. **
A.Axundov