“AtaBank” “Zolotaya Korona” pul köçürmə sisteminə qoşuldu. Bu barədə bankdan məlumat verilib.
“31 oktyabr 2015-cı il tarixindən etibarən“AtaBank” “Zolotaya Korona” sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib. Bankın bütün filiallarında Rusiyaya, Türkiyəyə, Çinə, Belarusa, Moldovaya, Qırğızıstana, Qazaxıstana, Tacikistana və digər ölkələrə “Zolotaya Korona” sistemi vasitəsilə pul köçürmələri həyata keçirmək olar”, - deyə məlumatda deyilir.
Bu sistemin əsas üstünlükləri köçürmə qiymətinin xeyli aşağı olması və böyük əhati dairəsi olmasıdır.
“Pul köçürmə xidmətlərini “AtaBank”-ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür”, - deyə məlumatda vurğulanır. **
A.Axundov