Qəyyumlar Şurasının bu gün keçirilən iclasında Azərbaycanın ali məktəblərinin tələbələri arasında Moskva merinin təqaüdünü almaq üçün namizədlər müəyyən olunub.
Şura 22 nəfərin namizədliyini təsdiq edib.
Müxtəlif ixtisaslar üzrə ikinci və daha yuxarı kursun tələbələri namizədliklərini irəli sürə bilərlər. Bu proqram rus dilinin qorunması və inkişaf etdirilməsi məqsədi daşıyır və aztəminatlı ailələrdən olan tələbələr üçün nəzərdə tutulub. Təqaüdün məbləği illik 27 min rubl təşkil edir.
“Moskva merinin təqaüdünün verilməsi təhsildə yaxşı nəticələr nümayiş edən tələbələrin dəstəklənməsində mühüm amildir”, - deyə RİMM-də keçirilən iclasda Azərbaycanın rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib.
Moskva hökumətinin təqaüdü sabiq mer Yuri Lujkov tərəfindən 1996-cı ildə təsis edilib. Moskva merinin təqaüdünü almaq üçün əla qiymətlərlə oxumaq şərtdir. **
R.Babayev