“PROMEXİCO”nun rəhbəri 2017-ci ilin yazında Azərbaycana səfər edəcək
Meksikada İxracın və İnvestisiyaların Təşviqi Fondunun (PROMEXİCO)rəhbəri Fransisko Qonzalez 2017-ci ilin yazında Azərbaycana səfər edəcək. Bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
“Gələn ilin may ayında “PROMEXİCO”-nunrəhbəri F.Qonzalez Azərbaycana səfəri planlaşdırılıb”, - deyə R.Labardini jurnalistlərə bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan və Meksika arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və ölkələrimizdə istehsal olunan malların ixrac imkanlarının öyrənilməsidir.
Həmçinin, səfir qeyd edib ki, F.Qonzales səfər çərçivəsində regionun digər ölkələri - Qazaxıstan və Türkiyəyə də səfər edə bilər. **
F.İsazadə