Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov ABŞ-ın müdafiə naziri müavininin köməkçisi Maykl Karpenteri Qarabağ cəbhə xəttinqə Ermənistanın törətdiyi təxribatlar barədə məlumatlandırıb.
“Bu gün E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında M.Karpenterə məlumat verərək, Ermənistanın münaqişənin həllinə mane olduğunu, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atdığını vurğulayıb”, - deyə məlumatda deyilir.
Öz növbəsində, M.Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. **
F.İsazadə