Noyabrın 1-dən Bakı və Abşeron ərazisində analoq TV yayımıdayandırılıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına görə, bu addım rəqəmli yayıma keçidlə əlaqədar atılıb.
1 dekabr 2016-cı il tarixindən bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Bununla əlaqədar televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunur.*
A.Əzizov