Vaşinqton Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təminatında maraqlıdır. Bu sözləri ABŞ-ın müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Biz regionda uzunmüddətli sülh və təhlükəsizliyin təminatında maraqlıyıq. Bu, ABŞ-ın uzunmüddətli marağıdır. 2002-ci ildən hərbi əməkdaşlıq üçün $60 mln.-dan artıq vəsait sərf etmişik”, - deyə o bildirib.
M.Karpenterin sözlərinə görə, Bakıya səfəri çərçivəsində Azərbaycan hökuməti ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.*
F.İsazadə