Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,6381 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsi oktyabrın 31-də qeydə alınmış 1,7967 manat/1EUR səviyyəsinə qarşı 1,7959 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,0445% bahalaşıb.
AMB noyabrın 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini oktyabrın 31-nə olan 0,026 manat/1RUB səviyyəsinə qarşı 0,0259 manat/1RUB səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3846% bahalaşıb.*
A.Əzizov