Prezident İlham Əliyev Azərbaycan və Rusiyanın regionları arasında daha sıx əməkdaşlığa çağırır
Azərbaycan və Rusiya regionlararası əməkdaşlığı daha da aktivləşdirməlidir. Bu barədə prezident İlham Əliyev bu gün Bakıda öz işinə başlayan VII Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına ünvanladığı məktubda qeyd edib.
“Hər iki ölkənin güclü iqtisadi potensialı və birgə fəaliyyətə dair zəngin təcrübəyə malik olmasını nəzərə alaraq, səyləri daha sıx birləşdirərək regionlarımız arasında əməkdaşlığı aktivləşdirmək lazımdır”, - deyə prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun oxuduğu məktubda deyilir.
Azərbaycan prezidenti vurğulayıb ki, bu çox vacib məsələdir, çünki qlobal böhran bütün dünya miqyasında ciddi dəyişikliklərə səbəb olub.
İ.Əliyev forum iştirakçılarına ticarət, investisiya, ASK, turizm və s. sahələrdə əməkdaşlığı genişləndirmək yollarını müəyyən etməyi arzu edib. **
A.Axundov