Rusiyanın bir sıra regionları Azərbaycanla əməkdaşlığa dair sazişlər imzalamaq niyyətindədir. Bu barədə RF iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda bildirib.
«Artıq 40-a yaxın Rusiya regionu Azərbaycandakı tərəfdaşları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlığa dair ikitərəfli sazişlər imzalayıb. Daha bir neçə region - Leninqrad, Rostov, Ulyanovsk vilayətləri və Başqırdıstan Respublikası da Azərbaycanla analoji sənədlər imzalamaq niyyətindədir», - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın ən iri ticarət tərəfdaşları siyahısında Moskva, Sankt-Peterburq, Dağıstan, Tatarıstan, Stavropol diyarı, Krasnodar diyarı, Moskva və Çelyabinsk vilayətləri yer alır. “Ümumi mal dövriyyəsinin 75%-dən çoxu onların payına düşür”, - deyə A.Tsıbulski əlavə edib.*
A.Axundov