Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Kollegiyanın sədri Yavər Camalovdur.
Kollegiya 11 nəfərdən ibarətdir.
Kollegiyanın üzvləri müdafiə sənayesi nazirinin müavinləri, Müdafiə Sənayesi Nazirliyi Aparatının və bir sıra şöbələrinin rəhbərləri, eləcə də nazirliyin müəssisə, elmi-tədqiqat institutu və digər qurumlarının rəhbərləridir.*
F.İsazadə