2016-cı il noyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $47,511 mln.-dan artıq (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“1 noyabr tarixinə Fondun hesabında 77.501.135,23 mln. manat (cari məzənnə ilə $47,3 mln.), $212 min 373,88, 4 min 793,69 avro və 5 min rubl toplanıb”, - deyə məlumatda deyilir.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
F.İsazadə