SOCAR “Neft Daşları” yatağında daha bir quyunu əsaslı təmirdən sonraistismara verib. Bu barədə şirkətin saytında məlumat verilir.
2592 nömrəli quyu 2585 saylı stasionar dəniz özülündən qazılıb.
Quyu gündəlik 17 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.*
A.Əzizov